Uşaq Hüquqları
Bu gün dünyada, o cümlədən Azərbaycanda uşaq hüquqlarının qorunması, təmini ən vacib məsələlərdən biri hesab olunur. Xüsusən informasiyanın daha əlçatan olduğu müasir dövrdə uşaq hüquqları insan hüquqları anlayışının ən vacib formalarından biri hesab olunur. Dünyanın demək olar ki, bütün ölkələrinin qoşulduğu Uşaq Hüquqlarına dair Konvensiyaya əsasən, uşaqlarla bağlı hüquqlar heç bir ayrı-seçkiliyə yol vermədən təmin edilməlidir. Ölkəmizdə Konstitusiyamız və Uşaq Hüquqları haqqında Qanun və digər normativ hüquqi aktlar bu istiqamətdəki bütün hüquqları tənzimləyir. Bütün bunlarla əlaqədar olaraq məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən V sinif şagirdləri ilə maarifləndirici görüş təşkil edildi. Uşaqların hüquqları haqqında şagirdlərə məlumat verildi.Sonda şagirdlərlə birlikdə "Uşaq hüquqları haqqında bəyannaməyə daha hansı əlavələr edərdim" adlı tapşırıq keçirilmişdir.