Valideynlərlə görüş keçirilib

      20 oktyabr tarixində məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev valideynlərlə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd təlim-tərbiyə prosesi, şagirdlərin nizam - intizam qaydaları, dərsə davamiyyəti , gecikmə halları haqqında valideynlərə məlumat vermək idi. Görüşdə məktəb-şagird-valideyn münasibətlərinə toxunulmuşdur. Məktəbin nizam- intizam qaydalarına riayət etmək hər bir şagirdin borcu olduğunu və keyfiyyətli təhsilin təməlinin təlim tərbiyədən başlandığı məktəb direktoru tərəfindən qeyd olunmuşdur. Görüşdə həmçinin valideyn - məktəb əməkdaşlığının gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində böyük rol oynadığı xüsusi vurğulanmışdı.Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərəfindən valideynlərin sualları cavablandırılmış, rəy və təklifləri dinlənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi