Psixi Sağlamlıq Günü
10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günüdür.
Bu münasibətlə məktəbin psixoloqları Nuriyyə Məmmədova və Şəbruz Babayeva şagirdlərlə məşğələlər keçiriblər. Məşğələlərdə şagirdlərə bu günün yaranma tarixi və psixi sağlamlıq haqqında məlumatlar verilib. Daha sonra isə şagirdlərlə "Hiss və emosiyalarının ifadəsi" adll tapşırıq işlənib və psixi sağlamlığın qorunması yollarına dair müzakirələr aparılıb.