Məktəbin yeməkxanasına baxış keçirmişlər
Məktəbin yeməkxanasında qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə, gigiyenik tələblərə uyğun olmasına tibb işçiləri tərəfindən gündəlik olaraq nəzarət edilir. Bu məqsədlə 20 sentyabr tarixində məktəbin tibb bacısı Rəsmiyyə Mustafayeva tərəfindən məhsulların keyfiyyəti və uyğunluq sertifikatları, eləcə də son istifadə müddəti yoxlanılıb.