14 sentyabr tarixində məktəbin fəaliyyət planına uyğun olaraq Pedaqoji Şuranın iclası keçirildi. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev Yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik etdi və onları gələcək iş fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra Pedoqoji Şuranın gündəliyində duran məsələlər iclas iştirakçılarının diqqətinə çatdırıldı.