Son zəng çalındı
On bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən XI sinif şagirdləri bu gün məzun adını qazandılar. Bu gün onlar üçün sonuncu dəfə məktəbin zəngi çalındı. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək onlar üçün əbədiləşəcəkdir. Artıq bu gündən gənclər müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi həyata qədəm qoyacaqlar. Hər bir məzuna gələcək həyatlarında uğurlar arzulayırıq.