Müstəqil həyata istiqamətlənən yol bizim peşədən başlayır
Bu gün məktəbin qonaqları İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji heyətinin üzvləri idi. Peşəyönümü işinin təşkili ilə bağlı şagirdlər üçün "Müstəqil həyata istiqamətlənən yol bizim peşədən başlayır" adlı təlim təşkil edilib. Təlimin keçirilməsində məqsəd Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi, qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsidir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.