Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təqdimat müsabiqəsi
Məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə məktəbin informatika müəllimi Könül Nadirova çıxışı edərək, şagirdlər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verib. Daha sonra söz məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevə verilib. O, öz çıxışında Ulu Öndərin irsini təhlil edərək, təhsillə bağlı söylədiyi kəlamlardan statlar gətirib. Bədii hissədən sonra məktəb foyesində yerləşdirilmiş kompüterlərdə şagirdlər təqdimatlar hazırlayıblar. Sonda fərqlənən şagirdlərə diplomlar təqdim olunub.