Hər şey övladımız üçün
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən məktəb şagirdlərinin valideynləri ilə "Hər şey övladımız üçün" adlı Vebinar keçirildi. Vebinarın keçirilməsində məqsəd valideynlərə şagirdlərin yaş dövrləri haqqında məlumat vermək, valideynlərin məktəbdə, eləcə də cəmiyyətdə şagird-şagird, insan-insan münasibətlərinin sağlam və təhlükəsiz formada qurulmasına dəstək olmaq idi. Valideynlərlə birgə tapşırıqlar edildi. Nəticələr təhlil edildi. Sonda valideynlərin sualları cavablandırıldı.