Beynəlxalq kitab və müəllif hüquqları günü
19 aprel tarixində məktəbin kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı Rayihə Yusubova, ingilis dili fənn müəllimi Zeynab Xəlilova və rəhbərlik etdiyi 6 "Ç" sinif şagirdləri ilə birlikdə "23 Aprel Ümumdünya Kitab və müəllif hüquqları günü" ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ekskursiyada olublar.
Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlər arasında mütaliə mədəniyyətini və oxu vərdişlərinin inkişaf etdirilməsi, kitaba marağın artırılması, kitabın həyatımızda rolunu aşılamaqdan ibarət idi. Ekskursiya zamanı şagirdlərimiz kitabxana ilə yaxından tanış olublar. Geniş konfrans zalında dəyirmi masa ətrafında "Beynəlxalq kitab və müəllif hüquqları günü" ilə bağlı videoçarx və şagirdlərimizin hazırladığı təqdimatlar nümayiş olunmuşdur. Kitab oxumaq - fikirləri formalaşdırır, hisləri tərbiyyə edir, məntiqi düşünməyi öyrədir. Mütaliə insanda geniş dünya görüşü, səlistlik və savadlı yazı bacarıqları formalaşdırır.