Molla Nəsrəddin 177

7 aprel tarixində məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Hüseynovanın təşkilatçılığı  ilə 6 "Ç" sinif şagirdləri “Molla Nəsrəddin" jurnalının 177-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Jurnalın yarandığı dövrdə ölkədəki  ictimai-siyasi vəziyyət, işıqlandırılan məsələlər, 25 illik fəaliyyəti dövründə ətrafına topladığı ziyalıların əvəzolunmaz fəaliyyətləri şagirdlər tərəfindən bir daha yada salındı. Felyetonlar, satirik şeirlər, çəkilmiş şəkillər, səhnələşdirilmiş satirik dialoqlar tədbiri daha canlı və yaddaqalan etdi. Şagirdlər Cəlil Məmmədquluzadənin təbirincə desək “dövrün özü yaratdığı” “Molla Nəsrəddin” jurnalının bütün dövrlər üçün əhəmiyyətli olmasını, yaratdığı ədəbi məktəbin Azərbaycan mətbuat aləmi, eləcə də mədəniyyət tarixində müstəsna əhəmiyyətini xüsusilə nəzərə çatdırırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi