İmtahan qabağı stress
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən 9-cu sinif şagirdləri ilə “İmtahan qabağı stress” mövzusunda söhbət aparıldı. Söhbətin aparılmasında əsas məqsəd şagirdlərin imtahanın həyəcan və qorxusunun aradan qaldırılması idi. Şagirdlərə həmçinin qorxu, özünə inamsızlıq, aqressiv davranış və mövzuya uyğun olaraq stresslə mübarizə üsulları haqqında texnikalar öyrədildi. Nəfəs texnikaları və Zaman maşını texnikası şagirdlərlə birlikdə tətbiq edildi.