"Novruz töhfələri"

Novruz  bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz bayramı halallıq, təmizlik bayramıdır.

16 mart tarixində  məktəbin akt zalında kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı  Rayihə Yusubova, 2 “a” sinif rəhbəri Sevda Məmmədyarova və sinif şagirdləri ilə birlikdə “Novruz töhfələri" adlı tədbir keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi şagirdlərin diqqətinə  çatdirmaqdan ibarətdir.

Novruz tədbirində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid məlumatlar, şeirlər, çərşənbələr, bayatılar, haxıştalar, tapmacalar, mahnılar oxuyub maraqlı səhnəciklər nümayiş etdirdilər.

Şagirdlərin ifasında milli “Şuşanın dağları" rəqsi, xalq oyunları Novruzun məzəli personajları, Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə xüsusi rəngarənglik qatdı.

Tədbirin yekununda isə məktəbimizin direktoru Rəhman Hacıyev bütün kollektivi bayram münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi