"Elimizə Novruz gəlir" adlı tədbir

İlaxır çərşənbə, Novruz  bayramı tonqalı  bu gün bizim doğma ailədə - 211 saylı məktəbdə yandırıldı. Məktəbimiz bu şənlik tonqalının ətrafına toplaşdı. Yenə Dədəm Qorqud gəldi söz söylədi, saz çaldı. Xeyir-duasını verdi, tonqalımıza od vurdu. Məktəbimizin körpə fidanları bu şənliyə xüsusi gözəllik, dad qatdı. Musiqi müəllimimiz Şəlalə İsmayılova, əmək müəllimimiz Təhminə Əliyeva bu şənliyi hazırlayan, məktəbimizə bayram ovqatını yansıtanlar idi. Kosa, Keçəlin şirin-şirin deyişməsi, rəqsi, hakıştaların sədası, gül balalarımızın sevinci, qəhqəhələri aləmi bürüdü. Novruz xonçasından pay alan Keçəlin  məktəbimizin rəhbəri ilə yumurta döyüşdürməsi daha bir maraqlı səhnə idi.

Tədbirin yekununda isə məktəbimizin direktoru Rəhman Hacıyev bütün kollektivi  bayram münasibəti ilə təbrik edərək fəal şagirdləri "Təşəkkürnamə" ilə  təbrik etdi.

Tədbirimizdən fraqmentləri izləyə bilərsiniz: 

"Novruzum"-1 

"Novruzum"-2           

"Novruzum"-3          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi