1 Mart- Mülkü Müdafiə Günüdür!

   1 mart tarixində məktəbin hərbi rəhbəri İlham Babayevin təşkilatçılığı ilə "1 Mart - Ümumdünya Mülkü Müdafiə Günü" nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru, Mülkü Müdafiə idarəsinin əməkdaşları, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri, müəllim heyəti, şagirdlər iştirak edirdilər. İlham Babayev tədbiri açaraq şagirdlərə Mülkü Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı necə hazırlıqlı olmağın yolları haqda ümumi məlumat verdi.
"1Mart - Ümumdunya Mülkü Müdafiə günü" hər il bir mövzuya həsr edilir. Bu il də tədbir "Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülkü müdafiəsi və idarə edilməsi" mövzusunda slaydlar, təqdimatlarla davam etdirildi. Tədbirin sonunda məktəb direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, Mülkü Müdafiə idarəsinin əməkdaşı Anar müəllim şagirdlər qarşısında insanların təhlükəsizliyinin təmin olunmasi, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi