Tarixin qan yaddaşı
Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən daglı,
Xocalı, ay Xocalı.
Məktəbin foyesində şagirdlərinin Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş "Tarixin qan yaddaşı" adlı sərgisi keçirilib. Sərginin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir.