Xocalı soyqırımı - qan yaddaşımızdır!
24 fevral tarixində ibtidai sinif müəllimi Minayə Həsənovanın rəhbərlik etdiyi 4 "A" sinif şagirdləri "Xocalı soyqırımı - qan yaddaşımız!" adlı tədbir keçiriblər. Şagirdlər tədbirdə Xocalıda erməni işgəncələrinə məruz qalmış, şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin hüznlə yad etmiş, düşmənə nifrət, xalqımıza məhəbbət ruhlu şeirlər söyləyib, erməni daşnaqlarının xalqımızın başına gətirdikləri amansız zülmü dərin nifrət hissi ilə qeyd ediblər. 44 günlük müharibədə əldə etdiyimiz böyük qələbəmiz yaralarımıza məlhəm olsa da, heç vaxt xalqımıza qarşı edilmiş ədalətsızlıyi unutmayacaqlarına and içiblər.
Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevdə iştirak edib və şagirdlərə tarixi faktlara əsaslanan məlumatlar vermiş, öz tövsiyələrini bildirmişdir.