Xocalı soyqırımı - qan yaddaşımızdır!
23 fevral tarixdə məktəbin rus dili və ədəbiyyat müəllimi Arzu Zeynalovanın rəhbərliyi ilə 9 "E" sinfində "Xocalı soyqırımı-qan yaddaşımızdır!" mövzusunda açıq dərs keçirimişdir.
Dərsin keçirilməsində məqsəd insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə törədilmiş ən dəhşətli hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının şagirdlərə bir daha öyrədilməsi və yad edilməsi idi.
Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.
Dərsdə şagirdlərin təqdimatı, şerləri və məlumatları dinlənilmişdir, onlar tərəfindən hazırlanmış təsvirlər müzakirə olunmuşdur.
Xocalı soyqırımında dünyasını dəyişənlərə Allah rəhmət eləsin.