Beynəlxalq Ana Dili Günü
21 fevral 2023 - cü il tarixində məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Səfərova və Şəlalə İsmayılovanın təşkilatçılığı ilə "Mənim Ana dilim" başlıqlı tədbir keçirildi. Tədbir Dövlət himni ilə açıq elan olundu. Şagirdlər Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən səhnələşdirdikləri hissəni təqdim etdilər. Ana dilinə aid şeir və mahnı kompozisiyaları ilə yanaşı, rəsqlər də nümayiş etdirdilər.
Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək müəllim-şagird kollektivini bu gün münasibətilə təbrik edərək qeyd etdi ki, Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur.