20 Yanvar tarixin şanlı səhifəsidir, müstəqilliyə açılan sabahdır
Məktəbin akt zalında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş "20 Yanvar tarixin şanlı səhifəsidir, müstəqilliyə açılan sabahdır" adlı tədbir keçirilib.Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə elmləri doktoru Rəhman Hacıyev başda olmaqla, fənn müəllimləri və şagirdlər iştirak ediblər.
Məktəbin şagirdlərinin iştirak etdiyi bu tarixi günə həsr olunmuş tədbir musiqi müəllimi Şəlalə İsmayılova, tarix müəllimi Samirə Qasımova, texnologiya müəllimi Təhminə Əliyevanın rəhbərliyi ilə təşkil olunub. Tədbirin aparıcıları 20 Yanvar hadisələri haqqında şagirdlərə ətraflı məlumat veriblər. Daha sonra 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş "Tarixin izi "ilə sənədli film, şerlər, musiqili kompazisiya şagirdlərə nümayiş etdirilib. Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə baş verdiyindən dünyanın xəbərsiz olduğunu, Azərbaycan xalqınıa qarşı törədilən bu qanlı cinayəti ilk dəfə ümummilli lider Heydər Əliyevin dünyaya bəyan etməsini öz çıxışında vurğulayıb. O, adını tarixə yazdıran cənab prezident İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun tarixi qələbəsini bir daha tədbir iştirakçılarının nəzərinə catdırıb.