20 yanvar tariximizin qəhrəmanlıq salnaməsi
18 yanvar tarixində məktəbin foyesində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə 5 "B" sinif şagirdiərinin iştirakı ilə "20 yanvar tariximizin qəhrəmanlıq salnaməsi" adlı tədbir təşkil olunmuşdur. Məktəbin foyesində "20-yanvar faciəsini əks etdirən guşə, stend təşkil olunmuşdur.
Tədbir Dövlət himni ilə başlandı.Daha sonra şagirdlərin təqdimatında müxtəlif məlumatlar, seirlər, səhnəcik ,videoçarx, slayd nümayiş etdirildi.
Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çixiş edərək vurğulamışdır ki, 1990- cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 yanvar faciəsi xalqımızın şərəf və ləyaqətini, sonsuz vətən sevgisinin, vətənin azadlığı və müstəqilliyi naminə mübarizəni özündə yaşatdı.
Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.Bu gün müstəqil Azərbaycan dövlətinin tarixində qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.