VƏTƏNİMİZƏ ZƏFƏR YARAŞIR
23 dekabr tarixində Azərbaycan dili müəllimi Kəmalə Əzimzadənin təşkilatçılığı ilə rus bölməsinin şagirdləri Ali Baş Komandan İlham Əliyevin Zəfər müjdəsi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçiriblər. Şagirdlər şeir, mahnı və rəqslərlə tədbirə rəng qatıblar. Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, Prezident mükafatçısı şair Fuad Biləsuvarlı və tanınmış jurnalist Fuad Mədətov çıxış edərək tədbir iştirakçılarına ürək sözlərini söylədilər.