Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
Bu gün məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan dili müəllimi Həbibova İradənin yazdığı ssenarisi əsasında qeyd olundu . Tədbir Dövlət Himninin oxunuşu ilə başladı. Məktəbin 9, 10 və 4- cü sinif şagirdlərinin ifasında Heydər Əliyevin həyat yolunu işıqlandıran parçalar səsləndirildi. Şagirdlər söylədikləri şeirlərlə Ulu Öndərə olan sevgilərini bir daha sübut etdilər. Tədbirdə ən çox Xalq şairi Zəlimxan Yaqubun ,, Böyük ömrün dastanı,, əsərindən istifadə edilmişdi. Tədbir Heydər Əliyevə həsr olunmuş elegiya ilə sona çatdı. Tədbirin sonunda məktəbin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev də Heydər Əliyevə olan sevgisini bildirdi. Onun fəaliyyəti haqqında məlumat verdi. Bir direktor kimi müəllim zəhməti və uşaqların çıxışının təqdirə layiq olduğunu bildirdi.