Milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi

    7 dekabr  tarixində məktəbin kitabxanasında kitabxana müdiri Ülviyyə Fərəcovanın, kitabxanaçı Rayihə Yusubovanın və  8 "A" sinif şagirdlərinin iştirakı ilə "Milli istiqlal şairi Əhməd Cavad" mövzusunda dəyirmi masa keçirilib. 
     Dəyirmi masada 8 "A" sinif şagirdləri milli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı, fəaliyyəti haqqında məlumat verib, şeirlər söylədilər. Kitabxana müdiri Ülviyyə Fərəcova çıxışında Əhməd Cavadı böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Əhməd Cavad vətəninə, elinə, bütövlükdə Türk dünyasına bağlı əsl mücahid olub, türkçüliyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən həmişə böyük təhlükə kimi qələmə verilib.
    Əhməd Cavad istiqlal şairi kimi özünə məxsus dəsti-xətti ilə seçilən müstəsna mövqeyə malik  söz ustadlarındandır. O, daimi ictimai - siyasi hadisələrin qaynar mövqelərində olub, dövrün parlaq şəxsiyyətləri sırasında ağır represiyalara məruz qalaraq sovet tatalitarizmin qurbanına çevrilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi