Ümumdünya QİÇS-lə Mübarizə Günü
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Dünya ölkələri ilə yanaşı Azərbaycanda da QİÇS/İİV virusundan qorunmaq və xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. Ümumdünya QİÇS-lə Mübarizə Günü məktəbin tibb bacısı Rəsmiyyə Mustafayeva və biologiya müəllimi Cəmalə Zeynalova IX sinif şagirdlərinə bu xəstəlik haqqında məlumatlar verib, onları maraqlandıran suallara cavablandırıblar.