Korrupsiyaya yox deyək!
15 noyabr tarixindən Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan "Korrupsiyaya yox deyək! " V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsinə start verilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maarifləndirilməsi, məktəblilərin informasiya axtarışına, eləcədə təhsildə yaradıcılığa həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.