Valideynlərlə görüş keçirilib
Bu günlərdə məktəbin V-VIII siniflərində təhsilalan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd məktəb - valideyn əlaqəsini genişləndirmək, şagirdlərin təlim tərbiyəsində müəllim və valideynlərin rolunu anlatmaq, şagirdlərin dərsə davamiyyətini təmin etmək idi. Sonda məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev valideynləri maraqlandıran suallara cavab verib.