Zərərli vərdişlərə yox deyək!
Məktəbin UBTR-i Turanə Şıxıyevanın təşkilatçılığı ilə Psixoloq Nuriyyə Məmmədova tərəfindən Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı şagirdlərə çatdırmaq məqsədilə " Zərərli vərdişlərə yox deyək! " adlı maarifləndirici tədbir keçirildi. "Ağ ölüm"ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılmış, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğu izah edilmişdir.