Pedaqoji şura iclası keçirildi

Pedaqoji Şuranın 2021-2022-ci tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirildi. İclasda məktəbin pedaqoji heyəti və rəhbərlik iştirak etdi. Pedaqoji Şurada 2021-2022-ci tədris ilinin II yarımili və yekunları, sinifdən - sinfə keçmənin vəziyyəti və biliyi qiymətləndirilməyən şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı. Bundan başqa IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr, fənlər üzrə məktəbin şagirdlərinin əldə etdikləri uğurlar barədə də pedaqoji heyətə geniş məlumat verildi.
    İclasın sonunda şagirdlərin təlim - tərbiyəsində səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər  Fəxri Fərmanla təltif olundular. Sonda məktəbin direktoru Həcər Mahmudova müəllimlərə xoş istirahət arzuladı və 2021-2022-ci tədris ilinə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi