"Açıq qapı günləri" davam edir
Məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Açıq qapı günləri" tədbiri keçirildi. Tədbirdə V və III sinif şagirdlərinin valideynləri iştirak etdilər.
Valideynlər məktəbin kitabxanası, sinifdənkənar fəaliyyət güşəsi, şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi, yeməkxana ,idman zalı, informatika otaqları, akt zalı ilə tanış oldular. Onlara təlim-tərbiyə prosesi, məktəbin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qonaqlara həmçinin, layihə ilə bağlı hazırlanmış bukletlər və sorğu vərəqləri təqdim olundu, valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün dərs müşahidələri təşkil edildi.
Layihə çərçivəsində öncədən hazırlanmış proqrama uyğun olaraq növbəti hissədə valideynlərə “Valideyn övlad münasibətləri” mövzusu üzrə elmi-psixoloji seminarın keçirilməsi üçün məktəbə Bakı Baş Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova dəvət olundu. Seminarda Səidə xanım valideynləri maraqlandıran suallara cavab verdi, onları dinlədi, maraqlandıqları mövzular üzrə uyğun istiqamət verdi.
Seminardan sonra tədbirin bədii hissəsinə start verildi. Məktəbin 4b sinif şagirdləri sinif müəllimi Xalidə Hüseynovanın rəhbərliyi ilə 28 May- Müstəqillik gününə həsr edilmiş ədəbi - bədii kompozisiya təqdim etdilər.