Hərəyə bir ağac əkək, təbiəti qoruyaq!

Məktəbin müəllim, valideyn və şagirdləri ilə birlikdə “Hərəyə bir ağac əkək, təbiəti qoruyaq” şüarı altında ağacəkmə aksiyası keçiriblər. Müəllimlərin iştirakı ilə şagirdlər məktəbyanı sahədə 100-dən çox ağac və güllər əkiblər.

İştirakçılar ağac əkməklə yanaşı, məktəbin ərazisində təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan ağaclara qulluq etmişdirlər.

Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

               

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi