"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Açıq qapı günləri"
Məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Açıq qapı günləri" tədbiri keçirildi. Tədbirdə I, II, IV, VI,VII, VIII, IX, X və XI sinif şagirdlərinin valideynləri iştirak etdilər.Tədbirin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlığının təmin olunması, müəllimlərlə ünsiyyətin qurulması, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılması, valideynlərlə məktəb arasında ünsiyyət prosesini izləmiş, kitabxana, sinifdənkənar fəaliyyət güşəsi, şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi, yeməkxana ,idman zalı, informatika otaqları, akt zalı ilə tanış oldular. Onlara təlim-tərbiyə prosesi, məktəbin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qonaqlara həmçinin, layihə ilə bağlı hazırlanmış bukletlər və sorğu vərəqləri təqdim olundu, valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün dərs müşahidələri təşkil edildi.
Layihə çərçivəsində öncədən hazırlanmış proqrama uyğun olaraq növbəti hissədə valideynlərə Ramil Süleymanovun “Komputer əsri olsada, komputer əsiri olmayaq” adlı maarifləndirici seminar keçirildi. Valideynləri narahat edən problemlər müzakirə edildi.
Seminardan sonra tədbirin bədii hissəsinə start verildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva və musiqi fənn müəllimi Şəlalə İsmayıılovanın rəhbərliyi ilə ədəbi - bədii kompozisiya nümayiş olundu.
Daha sonra valideynlər şagirdlərlə birlikdə ağacəkmə aksiyasında iştirak etdilər.