“Mənim gündəliyim” adlı oxu və yaradıcıllıq müsabiqəsi
Məktəbin kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı Rayihə Yusubovanın rəhbərliyi ilə “Mənim gündəliyim” adlı oxu və yaradıcıllıq müsabiqəsi keçirildi.
Məktəb kitabxanaları və kitablar şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm vasitədir. Şagirdlər gündəlikdə mütailə etdikləri əsərlər barədə rəyi, apardığları təhlili, əsərdən çıxardıqları nəticəni, fikir və ideaları haqqında məlumat verdilər.
Müsabiqədə məktəb üzrə I, II, III yeri tutan şagirdlər Tərifnamə ilə təltif olundular. Bundan başqa müsabiqədə xüsusi fəallıq göstərın iə şagirdlərə isə Sertifikatlar təqdim olundu.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mütailə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, istedadlı və mütaliəyə marağı olan şagirdlərin üzə çıxarılması və onlara dəstək göstərilməsini təşkil etməkdir.