İnsan alverinə qarşı mübarizə
Məktəbin psixoloqu Nuriyyə Hüsynova və təşkilati işlər üzrə direktor müavini Turanə İbrahimovanın təşkilatçılığı ilə
“İnsan alveri və törətdiyi fəsadlar” mövzusunda VII C sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. İnsan alveri auditoriyasının genişlənmə səbəbləri və bu prosesin qarşısının alınması məqsədilə məlumatlar verildi.
Daha sonra şagirdlərlə İnsan alveri qurbanları ilə enpati yaratmaq üçün rollu oyun olaraq "Bir addım irəli" oyunu oynanıldı. Şagirdlər insan alveri qurbanlarının yerinə qoyub onların hisslərini, fikirlərini, düşüncələrini anlamağa çalışdılar.