Mənim Şanlı Bayrağım
Bakı şəhəri 211 nömrəli tam orta məktəbin bir qrup müəllimi eTwinning - Erasmus Plus beynəlxalq layihəsinin Türkiyə və Azərbaycan ortaqlığı ilə keçirilən “Mənim şanlı bayrağım” layihəsində iştirak edir. Layihənin yekunu olaraq Türkiyədə və Azərbaycanda şagirdlərin təqdimatında bayraq dizaynı sərgisi təşkil edilir. Azərbaycan tərəfi olaraq 211 nömrəli tam orta məktəbdə layihənin bağlanışı 27 aprel tarixində təşkil edildi. Tədbirə dəvət edilən qonaqlar: Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini - Gülarə Verdiyeva, eTwinning Plus” layihəsinin Azərbaycan üzrə baş koordinatoru Fidan Nəcəfova, eTwinning Plus layihəsinin Azərbaycan üzrə səfiri - Mətanət Əhədova, Məktəbin məzunu olmuş şəhid Akif Abdullayevin həyat yoldaşı –Gülnarə xanım, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz, polkovnik-leytenant Rauf Musayev, Vətən müharibəsi qazisi, polkovnik-leytenant - Bəxtiyar Təşəroğlu Vətən müharibəsi qazisi Bayram Osmanov, Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın - Növrəstə Yusifova, 2-ci dərəcəli Qarabağ Qazisi, ehtiyatda olan zabit, Kəşfiyyatçı qadın-- Xanımzər Həsənova, məktəbin vətən müharibəsində iştirak etmiş məzunları, məktəbin müəllim-şagird-valideyn heyəti iştiak edirdi.
İlk öncə şagirdlərin “Mənim şanlı bayrağım” mövzusunda hazırladıqları rəsm və əl işlərindən təşkil edilmiş sərginin açılışı oldu, qonaqlar tərəfindən sərgiyə baxış keçirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında qürur mənbəyimiz olan Dövlət bayrağına hər edilmiş şeir və musiqi kompozisiyaları, rəqslər təqdim edildi.
Rəsmi hissədə qonaqlar tərəfindən bu tədbirlərin yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə olunması istiqamətində tərbiyə olunması istiqamətində əhəmiyyəti vurğulandı.
Sonda xatirə şəkli çəkildi.