“SURAXANI” GƏMİ-MUZEYİNƏ EKSKURSİYA
Məktəbin 5 “D” sinif şagirdləri sinif rəhbərləri Gülnarə Məmmədovanın təşkilatçılığı ilə “Suraxanı” Gəmi-muzeyinə ekskursiya ediblər.
Bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər. Muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.