“Oxu günü”nə həsr olunmuş dəyirmi masa
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Səfərova şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq məqsədilə 9 B sinfində Beynəlxalq Kitab və Müəlliflik Hüququ gününə həsr edilmiş “Gəlin kitab oxuyaq” devizi ilə dəyirmi masa təşkil etmişdir. Şagirdlər oxuduqları kitabları müzakirə etmiş, həmin əsərlərdən nə öyrəndiklərini, hansı nəticəyə gəldiklərini bir-birlərinə çatdırmışlar.