«BAYRAĞIMIZ – QÜRUR MƏNBƏYİMİZDİR» NƏSİMİ RAYONUNDA 9 NOYABR BAYRAQ GÜNÜNƏ HƏSR EDİLMİŞ YÜRÜŞ KEÇİRİLİB
Noyabrın 4-də Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda Nəsimi rayon içtimayyətinin nümayəndələrinin, ağsaqqlların, Böyük Vətən Müharibəsi veteranlarının orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə “Bayrağımız- qürur mənbəyimizdir” yürüşü keçirilib. Bu tədbirdə məktəbimizin yuxarı sinif şagirdləri və müəllimlər də iştirak ediblər. Tədbir Azərbaycan Velosiped idmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlanıb. Şagirdlər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onlarla xatirə şəkli çəkdiriblər. Bayraq meydanında keçirilən tədbir şagirdlərdə Vətənə, dövlət rəmzlərinə, şanlı tariximizə məhəbbəti daha da artırdı. Nəsimi rayon orta məktəblərində təhsil alan şagirdlər də Flaşmobda Azərbaycan bayrağını canlandırdılar. Meydanda toplaşan bütün iştirakçılar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyərək Azərbaycan bayraqlarını başları üzərində dalğalandırdılar. Tədbirin sonunda Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar havaya qaldırıldı.