İmtahan öncəsi stresinin idarə olunması

Məktəbin buraxılış sinif şagirdləri ilə “İmtahan stresinin aradan qaldırılması üsulları və uğur motivasiyası” mövzusunda görüş təşkil edildi. Görüşdə məktəbin psixoloqu Nuriyyə Məmmədova ilk öncə imtahanda şagirdlərə uğurlar arzulayaraq, imtahanda diqqətli olmalı olduqları məsələlər barədə maarifləndirici məlumatlar verdi. Daha sonra “Stress, imtahan stressi, səbəbləri, stressi aradan qaldırmağa yönəlmiş psixoloji metodlar, nəfəs texnikaları və imtahanda uğur motivasiyası” haqqında təqdimat vasitəsi ilə ətraflı məlumat verərək, stresin düzgün idarə olunması ilə bağlı videorolik nümayiş olundu. Sonrakı mərhələdə isə şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Görüşün keçirilməsində məqsəd məktəbin buraxılış sinflərində təhsil alan şagirdlərin imtahan stresinin düzgün idarə olunması, azaldılması, aradan qaldırılmasına köməklik etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi