2e sinfində açıq dərs keçirilib
Oktyabrın 30-da 2e sinfində ana dili fənnindən “Payız gəldi” mövzusunda açıq nümunəvi dərs keçirilib. Şagirdlər ilin fəsilləri, onların bir-biri ilə əlaqəsi və fərqi barədə biliklərini nümayiş etdiriblər. Payız fəslinə aid tapmacalara cavab verərək bu fəslin özünəməxsus xüsusiyyətlərini əks etdirən slaydlara tamaşa etdilər. Təbiətdə baş verən dəyişiklikləri çəkdikləri şəkillərlə, ağaclardakı yarpaqların rəngini ifa etdikləri rəqslərlə, payızda yetişən meyvə və tərəvəzləri səbətlərdə əyani şəkildə göstərdilər.