Heydər Əliyev Mərkəzinə ekskursiya

9 aprel 2022-ci il tarixində məktəbin 5 D sinif rəhbəri Gülnarə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərdə vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq olmuşdur.

Mərkəzin əməkdaşı şagirdlərə qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiribki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

  Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

Şagirdlər sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olmuşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri ziyarətçilərdə böyük təəssürat oyatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi