Azərbaycan Milli Xalça Muzeyinin "Şuşa fialialı"na ekskursiya

"Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,
vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
Heydər Əliyev
Ümummilli Lider
Məktəbin musiqi fənn müəllimi Şəlalə İsmayılovanın rəhbərliyi ilə 5B sinif şagirdləri Azərbaycan milli xalça muzeyinin "Şuşa filialı"na ekskursiya təşkil etdilər. Ekskursiya zamanı muzeyin bələdçisi Aytən Məhərrəmova tərəfindən şagirdlərə Şuşa haqqında ətraflı məlumatlar verildi, şagirdlərin sualları cavablandırıldı.
Daha sonra şagirdlər Qarabağ və Şuşaya aid şeirlər səsləndirdi, milli rəqs nümunələri nümayiş etdirdilər.