“31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar dəyirmi masa

30 mart 2022-ci il tarixində məktəbin tarix müəllimi Gülgəz müəllimə və məktəbin kitabxana müdiri Ülviyyə xanımın təşkilatçılığı ilə məktəbin kitabxanasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar dəyirmi masa keçirilmişdir. İlk öncə Gülgəz müəllimə öz çıxışında bildirdi ki, 1918-ci il martın 31-dən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Daha sonra şagirdlər 31 Mart Azərbaycanlıların Soyqırımı haqqında geniş məlumat verdilər. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Sonda qeyd olundu ki, mənfur düşmənin tarix boyu xalqımıza qarşı törətdiyi təcavüzə nəhayət son qoyuldu. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq erməni işğalçılarını məğlub etdi, işğala son qoydu. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi