"Novruzum" adlı tədbir
Novruz insanlar arasında birlik və mehribanlıq, qarşılıqlı mərhəmət və diqqət, ruzi-bərəkət bayramıdır.Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. 18 mart 2022- ci il tarixində məktəbin akt zalında Musiqi müəllimi Şəlalə müəllimənin təşkilatçılığı ilə "Novruzum" adlı geniş tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edirdilər. Tədbir milli rəqsimiz olan "Yallı" rəqsi ilə açıq elan olundu. Daha sonra aparıcılar tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verdilər. Eyni zamanda bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırdılar. Şagirdlər Novruza aid şeirlər, hakıştalar və bayatılar söylədilər, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirdilər, milli rəqslərimin "Səməni", "Üzüm" və "Şuşanın dağları" rəqsləri ilə çıxış etdilər.