Elimizə Bahar Gəlir

“Novruz” bayramı Azərbaycan xalqının çoxəsrlik maddi və mənəvi dəyərlərini özündə əks etdirən milli bayramıdır. Bu bayram hər il mart ayında ölkəmizin paytaxtında və bütün regionlarında böyük sevgi və coşqu ilə keçirilir.

15 mart 2022-ci il tarixində məktəbin 4 B sinif şagirdləri sinif rəhbəri Xalidə Hüseynovanın iştirakı ilə “Elimizə Bahar Gəlir” adlı tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi milli adət-ənənələrimizi yaşatmaq, gələcək nəsillərə çatdırmaqdan ibarət olmuşdur.

      Tədbir Azərbaycan Dövlət himni ilə başlamışdır. Burada şagirdlər çərşənbələr haqqında məlumatlar verib, şeirlər söyləyib, rəqs ediblər. 

       Tədbirin sonunda məktəbin direktoru Həcər Mahmudova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, şagirdlərə gözəl çıxışlarına görə öz təşəkkürlərini bildiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi