Pi günü qeyd olundu
Pi Günü – məşhur Pi sabitinin şərəfinə hər il 14 mart tarixində qeyd olunur. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni — 3,14. Bu ifadəyə nəzər yetirsək, "Pi" kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur.
Bu münasibətllə 14 mart 2022-ci il tarixdə Məktəbin riyaziyyat fənn müəllimi Zəminə Fətullayeva 8 A sinif şagirdləri ilə birlikdə "Pİ" gününü qeyd etdilər. Şagirdlər “Pi” ədədi haqqında məlumat verdilər, çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən” π” riyazi kəmiyyətini çəkdikləri rəsmlərdə nümayiş etdirdilər, "Riyaziyyat" mahnısını səsləndirdilər.
Görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edilən beynəlxalq “Pi” gününün keçirilməsində məqsəd bir daha riyaziyyat elmini şagirdlərə sevdirməkdir.
Tədbirin sonunda məktəbin direktoru Həcər Mahmudova V siniflər arasında keçirilən Məntiq olimpiyadasının qaliblərini diplomla təltif etdi.