Milli xalq oyunu - Bənövşə

Boynu bükük bənövşəm,
Könlü sökük bənövşəm.
Qar üstündən boylanan,
A dərdlərə haylanan,
Yaz ətirli bənövşəm!
Yaz ətirli bənövşəm!

Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür.

Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar.

Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir.

Məktəbin idman fənn müəllimlərinin təşkilatçılığı ilə IV C sinif şagirdləri ilə "Bənövşə" oyunu keçirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi