Reproduktiv sağlamlıq haqqında seminar

11 mart 2022-ci il tarixində məktəbdə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan seminar təşkil olunmuşdur. Məktəbin akt zalında təşkil olunmuş seminarda VI və VII sinif şagirdləri iştirak etdi. Məktəbin həkimi tərəfindən təşkil olunmuş seminarda məktəbin Tərbiyə işləri üzrə direktor müavini, məktəbin psixoloqu və tibb bacısı da qatıldı. Seminarın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi