“Pis vərdişlərə yox deyək” dəyirmi masa keçirilib
14 oktyabrda məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Pis vərdişlərə yox deyək” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları polis polkovnik leytenantı Vüsal Əliyev, azyaşlılarla iş şöbəsinin rəisi Firdovsi Əsədli və başqa polis zabitləri iştirak etdilər. Məktəbin direktoru Vaqif Babayev çıxış edərək dəyirmi masanın mahiyyəti və məzmunu haqqında iştirakçıları məlumatlandırdı. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verdilər.Sonda iştirakçılara narkomaniya, siqaret çəkmə və digər pis vərdişlərlə bağlı videoçarx göstərildi.