"Ən yaxşı təqdimat" müsabiqəsi
Müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtdakı ümumİ təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılıb. Müsabiqənin keçirilməsinin əsas məqsədi müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
Təhsil nazirinin əmrinə əsasən məktəbin IX-XI sinif şagirdləri arasında"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəbdaxili turu keçirildi.